mobil versiya

“Yamal və Mbappe ətrafında böyük səs-küy var” - Matteus



Almaniya millisinin və “Bayern”in sabiq futbolçusu Lotar Matteus “qızıl top”la bağlı fikirlərini bölüşüb.

 Xarici KİV xəbər verir ki, o, mükafat uğrunda mübarizədə “Barselona”nın hücumçusu Lamin Yamal və “Real”ın futbolçusu Kilian Mbappenin adlarının daha çox hallandığını bildirib:
“İki futbolçu – Yamal və Mbappe ətrafında böyük səs-küy var. Harri Keyn və ya Maykl Olisedən isə heç bir iddialı bəyanat eşitməmişəm. Rodri ağıllı insandır və bu mükafatı artıq qazanıb. O da səssizliyini qoruyur”.
“Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.
2025-ci ildə bu mükafat PSJ-nin və Fransa millisinin futbolçusu Osman Dembeleyə təqdim olunub. (Komanda.az)

Reportyor.az 




KARUSEL / İDMAN
Tarix: Bu gün, 11:19