mobil versiya

Ermənistan sülh müqaviləsi təkliflərini Azərbaycana təqdim etdi - Paşinyan


“Ermənistan sülh müqaviləsi ilə bağlı təkliflərini Azərbaycana təqdim edib, biz Bakının cavabını gözləyirik”, - bunu Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə günü parlamentdə deyib.
Onun sözlərinə görə, Ermənistanın mövqeyi belədir ki, “Azərbaycan qoşunları Ermənistanın işğal olunmuş ərazilərini 2021-ci il mayın 11-dək mövcud olan mövqelərə azad etməlidir”.
Paşinyan beynəlxalq ictimaiyyətin Ermənistanın bu mövqeyini dəstəklədiyini iddia edib və KTMT-nin də eyni addımı atacağına ümid etdiyini bildirib. Eyni zamanda o, bu vəziyyəti qəribə adlandırıb, çünki beynəlxalq ictimaiyyət deyil, KTMT Ermənistana açıq dəstək verməli idi.
“Ümid edirəm ki, biz noyabrın 23-də KTMT-nin İrəvan sammiti zamanı bu konsensusu düzəldəcəyik”, - Paşinyan deyib.
O, daha sonra Bakını “Dağlıq Qarabağın nümayəndələri ilə ermənilərin hüquqları və təhlükəsizliyi ilə bağlı birbaşa söhbətə” başlamağa çağırıb.
Onun sözlərinə görə, bu, “Rusiyanın mövqeyidir” və “Dağlıq Qarabağın statusu məsələsində deyil, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinin və hüquqlarının təmin edilməsindən ibarətdir”.
Paşinyan hesab edir ki, beynəlxalq ictimaiyyət də başa düşür ki, Dağlıq Qarabağ və Azərbaycan nümayəndələri arasında “ermənilərin hüquqları və təhlükəsizliyi haqqında beynəlxalq səviyyədə görünən söhbət” olmalıdır.
“Əgər biz bu problemi həll etsək, təbii ki, Ermənistan Azərbaycanla ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınmasına əsaslanan çərçivə sülh sazişi imzalamağa hazırdır”, - Paşinyan bildirib.
Regional kommunikasiyaların açılmasına gəlincə, əgər bu məsələ Bakı üçün eskalasiya səbəb deyilsə, o zaman məsələni həll olunmuş hesab etmək olar”, - deyə Paşinyan yekunlaşdırıb.//Mənbə: TURAN İA

GÜNDƏM / SİYASƏT
Tarix: 17-11-2022, 09:23