mobil versiya

"Qarabağ" - "Ayaks" matçının biletləri satışa çıxarılır


UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda keçiriləcək “Qarabağ” - “Ayaks” (Niderland) oyununun biletləri bu gün, saat 12:00-da satışa çıxarılacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Oyunu stadiondan izləmək istəyənlər biletləri iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), "Qarabağ"ın "Park Bulvar"dakı Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından ala bilərlər. Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də, Bakı vaxtı ilə 20:45-də başlayacaq.


KARUSEL / İDMAN
Tarix: Dünən, 11:28