“Qarabağ” - “Hekken” oyununun biletləri satışa çıxarılıb
UEFA Avropa Liqasının qrup mərhələsində Bakıda “Qarabağ” və İsveçin “Hekken” komandası arasında keçiriləcək VI tur oyununun biletləri satışa çıxarılıb.
Ağdam klubunun mətbuat xidmətindən verilən məlumata görə, biletlərin qiyməti, müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 250 manatdır.
Biletləri Iticket.az-ın satış məntəqələrindən, klubun Park Bulvardakı fan-şopundan, Tofiq Bəhramov adına Respublika Stadionunun, eləcə də Heydər Əliyev sarayının kassalarından əldə etmək olar.
Qeyd edək ki, dekabrın 14-də keçiriləcək “Qarabağ” – “Hekken” matçı saat 21:45-də başlayacaq.
KARUSEL / İDMAN
Tarix: 28-11-2023, 13:11