mobil versiya

“Sabah”ın oyununun biletləri satışa çıxarılıb



FİBA Avropa kubokunun müntəzəm mövsümündə G qrupunun 4-cü turu çərçivəsində keçiriləcək “Sabah” basketbol komandası ilə “Spiru” (Belçika) arasında keçiriləcək oyunun biletləri satışa çıxarılıb.

Bakı İdman Sarayında keçiriləcək oyunun biletlərinin qiyməti müvafiq olaraq 2,3 və 5 manat təşkil edir.
Oktyabrın 30-da saat 19:00-da başlayacaq oyuna biletləri “iticket.az”da əldə etmək mümkündür. 
“Sabah” qrupdakı üç görüşü də uduzub.

KARUSEL / İDMAN
Tarix: Bu gün, 14:43