mobil versiya

Slovakiya - Azərbaycan oyununun biletləri satışa çıxarılıb



Futbol üzrə Millətlər Liqasında Slovakiya və Azərbaycan milli komandaları arasında keçiriləcək oyunun biletləri satışa çıxarılıb.
Biletlərin qiymətləri 2-20 avro (təxminən 4-38 manat) aralığında dəyişir.
Slovakiya - Azərbaycan oyunu sentyabrın 8-də, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qarşılaşma 12 min tamaşaçı tutumuna malik "Koşice Football Arena"da keçiriləcək.

KARUSEL / İDMAN
Tarix: 29-08-2024, 17:38