mobil versiya

“Zirə” - “DAK 1904” (Slovakiya) oyununun biletləri satışa çıxarılır



UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Zirə” - “DAK 1904” (Slovakiya) oyununun biletləri iyulun 23-də, saat 10:00-dan etibarən satışa çıxarılacaq.
Biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 2, 5, 10 və 20 manat təşkil edir.
Azarkeşlər biletləri Zirə İdman Kompleksi, “Dalğa Arena” və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından ala bilər.
Qeyd edək ki, komandalar arasında ilk matç iyulun 25-də Bakıda, cavab qarşılaşması isə bundan bir həftə sonra Slovakiyada baş tutacaq.

KARUSEL / İDMAN
Tarix: 22-07-2024, 17:54