mobil versiya

Türkiyə polisi Bağdadinin 4 yaxın qohumunu həbs edib



Türkiyənin Kırşehir şəhərində keçirilən əməliyyat zamanı İŞİD terror təşkilatının lideri olmuş Əbu Bəkr əl-Bağdadinin 4 yaxın qohumu həbs olunub. 

BAKU.WS
xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu yazılı bəyanatla çıxış edib. 

Məlumata görə, Türkiyənin Daxili İşlər Nazirliyinin İŞİD-ə qarşı keçirdiyi əməliyyat zamanı Kırşehirdə 11, Samsunda 5, Orduda 3 və Şanlıurfada 6 nəfər saxlanılıb. 

Saxlanılanlardan dördü İŞİD liderinin yaxın qohumları olub.
DÜNYA / HADİSƏ
Tarix: 16-11-2019, 10:50