mobil versiya

Türkiyə Təhlükəsizlik Qüvvələri İŞİD-ə aid 59 nəfəri həbs edib





Türkiyə təhlükəsizlik qüvvələri bazar ertəsi İstanbulda təhlükəsizlik əməliyyatlarında 59 İŞİD şübhəlisini həbs edib.

Reportyor.az xarici mediaya istinadla bu barədə xəbər verir.

Türkiyənin təhlükəsizlik mənbələri açıqlamasında bildiriblər ki, İstanbul dövlət ittihamçısı 59-u həbs edilmiş 63 şübhəli barəsində həbs qərarı çıxarıb, qalanlarının tutulması istiqamətində axtarışlar davam edir.

Şübhəlilərin olduğu yerlərə reyd keçirən Türkiyə rəsmiləri silah, sursat, xarici valyuta və İŞİD-ə aid sənədlər aşkarlayıb.

İstanbul Təhlükəsizlik Müdirliyində şübhəlilərlə bağlı araşdırmalar davam edir.

Türkiyə polisi və hərbi qüvvələri illərdir ki, İŞİD və Əl-Qaidə də daxil olmaqla silahlı təşkilatların üzvlərini ölkə daxilində və qonşu dövlətlərlə sərhədlərdə təqib edir.
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 15:57