Türkiyənin daxili işlər naziri: 88 nəfər İŞİD-lə əlaqədə olduğu iddiası ilə həbs edilib
Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bu gün bir sıra müxtəlif vilayətlərdə İŞİD-ə mənsub olmaqda şübhəli bilinən 88 nəfərin həbs edildiyini açıqlayıb.
O, X platformada paylaşım edib: "Şübhəlilərin həbsi kəşfiyyat və terrorla mübarizə idarələrinin koordinasiyasında 23 vilayətdə İŞİD-ə qarşı 5 gündür davam edən əməliyyatlarda həyata keçirilib".
Türkiyənin təhlükəsizlik xidmətləri son vaxtlar İŞİD-ə qarşı kampaniyalarını gücləndirib və nəticədə onlarca üzvü həbs edilib, digərləri deportasiya edilib və bir çoxunun Türkiyə ərazisinə daxil olmasının qarşısı alınıb.
İŞİD İstanbul, paytaxt Ankara və Türkiyənin sərhəd şəhərlərini hədəf alan bir neçə hücum həyata keçirib, nəticədə çoxlu sayda mülki şəxs həlak olub və yaralanıb.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 20-09-2024, 16:07