Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Türkiyənin 30 vilayətində İŞİD terror təşkilatına qarşı eyni zamanda genişmiqyaslı əməliyyat keçirilib.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Məlumata əsasən, “BOZDOĞAN-17” kod adı altında keçirilən əməliyyat zamanı İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 147 nəfər saxlanılıb.
Nazir deyib ki, ötən il iyunun 1-dən indiyədək Türkiyədə İŞİD terror təşkilatına qarşı 1 329 əməliyyat keçirilib. Bu əməliyyatlarda terror təşkilatı ilə əlaqəsi olmaqda şübhəli bilinən 2 919 nəfər saxlanılıb. Bu şəxslərdən 692-i həbs edilib, 531 nəfər məhkəmə nəzarətinə alınıb. Onlardan 187-i barəsində məhkəmə prosesi davam edir.
KARUSEL / DÜNYA
Tarix: 26-03-2024, 15:25