Mülki Aviasiya İdarəsi: Ər-Riyad hava limanına edilən hücumda bir nəfər həlak olub, 11 nəfər yaralanıb

Səudiyyə Ərəbistanının Mülki Aviasiya üzrə Baş İdarəsi bazar ertəsi bildirib ki, bazar günü Ər-Riyadın beynəlxalq hava limanına edilən yeni hücum nəticəsində bir nəfər həlak olub, 11 nəfər isə yaralanıb.
İdarənin "X" sosial şəbəkəsindəki açıqlamasında qeyd olunub: "Mülki Aviasiya üzrə Baş İdarə (GACA) bildirir ki, hücum nəticəsində Pakistan vətəndaşı olan bir şəxs həlak olub... və daha 11 nəfər xəsarət alıb".
GACA hücumun əmlaka ziyan vurduğunu və ziyanın miqdarının qiymətləndirildiyini açıqlayıb.
Kral Xalid Beynəlxalq Hava Limanına edilən bu hücum, şənbə günü husilər tərəfindən həyata keçirilən və azı 12 nəfərin ölümü, 300-dən çox insanın isə yaralanması ilə nəticələnən digər bir hücumdan sonra baş verib.
Husilərin Krallığa qarşı hücumları geniş şəkildə pislənilib və dünyanın aparıcı simaları Səudiyyə Ərəbistanı ilə həmrəylik nümayiş etdiriblər.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 09:38


























