mobil versiya

Tramp Çin və Rusiyanın İrana verdiyi dəstəyi əhəmiyyətsiz kimi təqdim edib



ABŞ Prezidenti Donald Tramp Rusiya və Çinin İranla kəşfiyyat məlumatları paylaşmasının əhəmiyyətini kiçildərək təqdim etdi. Bu, Tehranın müttəfiqlərinin ona ABŞ hərbi bazalarını hədəf almaqda kömək etdiyinə dair xəbərlər fonunda baş verir.

Tramp Floridadakı "Mar-a-Lago" istirahət mərkəzində jurnalistlərlə keçirdiyi qısa mətbuat konfransında bildirdi ki, İranla bağlı münaqişə məsələsi bu yaxınlarda Çin lideri Si Tsinpin və Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi üçtərəfli görüşdə müzakirə olunub.

"Prezident Si ilə görüşüm möhtəşəm keçdi. Düşünürəm ki, onların İranla əlaqəsi çox cüzidir. Onlar bu işə daha dərindən qarışa bilərdilər, amma mənim anlayışımda 'qarışmaq' sadəcə bir az məlumat vermək deyil, birbaşa döyüş əməliyyatlarında iştirak etmək deməkdir", - deyə Tramp bildirib.

O əlavə edib: "Yeri gəlmişkən, biz də eyni şeyi edirik. Bilirsiniz, onlar bizim barəmizdə kəşfiyyat məlumatları toplaya bilərlər, amma biz də onlara qarşı eyni addımı atırıq".

Rusiyanın kəşfiyyat məlumatları paylaşması ilə bağlı suala cavab olaraq Tramp: "Düşünmürəm ki, onlar çox məlumat verirlər", - deyə qeyd edib.

O, hər iki ölkənin İranla münaqişənin sona çatmasını istədiyini vurğulayaraq, "Düşünürəm ki, onlar bu məsələdə mənə kömək edirlər", - deyə bildirib.

Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 12:49