Ulduzlar FIFM-dəki ehtiram mərasimi ərəfəsində Yunis Meqri irsindən danışıb

23-cü Beynəlxalq Mərrakeş Film Festivalının (FIFM) 6-cı gecəsi mərakeşli aktyor, müğənni və bəstəkar Yunis Meqriyə həsr olundu. O, "Palais des Congrès"də nüfuzlu "Etoile d’Or" (Qızıl Ulduz) mükafatı ilə təltif edilib.
Aktyorlar Meqrinin milli mədəniyyətə yarım əsr ərzində göstərdiyi təsiri müzakirə edib. Onun səxavətindən və ekrandakı bənzərsiz varlığından böyük rəğbətlə danışıb; bəziləri isə onun öz karyeralarının ilk mərhələlərində onlara necə dəstək olduğunu xatırlayıb. Onun musiqi köklərini də vurğulayan aktrisa Səhər Siddiki, hətta qırmızı xalçada Meqrinin heç vaxt köhnəlməyən klassik əsəri "Lili Twil" mahnısını spontan şəkildə ifa edib.
Tamaşaçılarla dolu zalda komediya ustası Həsən Əl Fad, ayaq üstə alqışlar sədaları altında "Etoile d’Or" mükafatını Yunis Meqriyə təqdim etdi. Mükafatı qəbul edən Meqri auditoriyaya təşəkkürünü bildirdi və yaradıcılıq yolunun iki istiqaməti – musiqi və kino haqqında danışdı. O, tamaşaçılara xatırlatdı ki, heç vaxt musiqini kino naminə tərk etməyib, sadəcə ifadə dilini dəyişib.
Reportyor.az
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 16:48


























