Terrorizmlə Mübarizə Məhkəməsi Alima Xanın 2024-cü ilin noyabrındakı etiraz aksiyası ilə bağlı iş üzrə hökmün elanını 8-ci dəfə təxirə salıb

Ravalpindi Terrorizmlə Mübarizə Məhkəməsi cümə axşamı günü keçmiş baş nazir İmran Xanın bacısı Alima Xana qarşı 26 noyabr 2024-cü il tarixli iş üzrə hökmün elanını səkkizinci dəfə təxirə saldı və yeni tarix kimi 16 dekabrı təyin etdi.
Bu iş üzrə hökm artıq altı aydır ki, elan olunmaq üçün saxlanılır (qərar qəbul edilib, lakin açıqlanmır).
Bu barədə yerli media xəbər verir.
Alima Xana qarşı iş Sadiqabad polis bölməsində qeydə alınıb və 24 noyabr 2024-cü ildə İslamabadın "D-Chowk" meydanında keçirilən etiraz aksiyası ilə əlaqəlidir. Etiraz aksiyası İmran Xanın ölkə miqyasında keçiriləcək nümayişlər üçün etdiyi "son çağırış"dan sonra baş tutub. Bu çağırış PTI-nin (Pakistan Ədalət Hərəkatı) seçki mandatının bərpası, həbsdə olan partiya liderlərinin azad edilməsi və İmran Xanın "diktatura rejimi"nə səlahiyyət verdiyini iddia etdiyi 26-cı Konstitusiya Düzəlişinin ləğvi tələblərini ehtiva edirdi.
Alima Xan "İctimai Asayişin Qorunması haqqında" Qanunun (MPO) 3-cü maddəsinə əsasən həbsdə olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyib; digər 11 təqsirləndirilən şəxs isə məhkəmə zalında hazır olublar. İclasda vəkillər və dövlət ittihamçısı da iştirak ediblər.
İclasa Terrorizmlə Mübarizə üzrə Xüsusi Məhkəmənin hakimi Əmcəd Əli Şah sədrlik edib.
Üç bacı sentyabr ayında, PTI-nin İslamabada doğru planlaşdırdığı etiraz yürüşünə hazırlaşdığı bir vaxtda, 1960-cı il tarixli "Pəncab İctimai Asayişin Qorunması haqqında" Qaydalara (Pəncab MPO) əsasən saxlanılmışdılar. Alima Xan 20 sentyabrda, Üzma və Nərin isə 21 sentyabrda həbs ediliblər. Onların ilkin həbs müddəti 30 gün olaraq müəyyən edilmiş, daha sonra bu müddət daha 30 gün uzadılmışdı.
30 günlük həbs qərarları Lahorun rayon rəhbəri (deputy commissioner) tərəfindən verilib. Qərarlarda polis hesabatlarına istinad edilərək, qadınların fəaliyyətinin ictimai təhlükəsizliyə və ictimai asayişin qorunmasına təhdid yaratdığı iddia olunub.
Daha sonra bacılar həbs qərarlarına etiraz edərək Lahor Yüksək Məhkəməsinə (LHC) müraciət edib, qərarların ləğvini və dərhal azadlığa buraxılmalarını tələb ediblər. Bacılardan ikisi – Dr. Uzma Xan və Nərin Niyazi – Pəncab hökumətinin "İctimai Asayişin Qorunması" (MPO) qanununa əsasən verilmiş həbs qərarlarını ləğv etməsindən sonra, noyabrın 12-də Kot Laxpat həbsxanasından azadlığa buraxılıblar. Lakin Alimə həmin həbsxanada saxlanılmaqda davam edir və onun barəsindəki həbs qərarı hələ də qüvvədədir.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 16:25


























