mobil versiya

Pakistan məhkəməsi İmran xanın apellyasiya şikayətini təmin edib



Pakistan məhkəməsi sabiq Baş nazir İmran Xanın rüşvətxorluq ittihamı ilə bağlı verdiyi apellyasiya şikayətini təmin edib və onun 14 illik həbs cəzasını təxirə salıb.
Yerli media xəbər verir ki, bu barədə siyasətçinin rəhbərlik etdiyi partiya məlumat yayıb.
İslamabad Ali Məhkəməsi bildirib ki, bayram tətilindən sonra əsas vəsatət kimi arqumentlər və dəlillər üçün qaldırılacaq məhkumluğa dair yekun qərar çıxarılana qədər cütlüyün cəzası təxirə salınacaq.
İmran Xan və onun partiyası bildirirlər ki, siyasətçiyə qarşı məhkəmə iddialarının əsasını ordu generalları ilə fikir ayrılığı və bu zəmində irəli sürülən saxta ittihamlardır. Pakistan Silahlı Qüvvələri, öz növbəsində, bu fikirləri rədd edib.
Xatırladaq ki, fevralın 8-də keçiriləcək seçkilərə cəmi bir həftə qalmış İmran Xan və həyat yoldaşı Büşra Bibi dövlət hədiyyələrini qanunsuz satmaqda ittiham olunaraq 14 il həbs cəzasına məhkum ediliblər. Keçmiş kriket ulduzu bir neçə ittihamla hələ də həbsdədir və məhkəmənin hökmləri onu 10 il ərzində hər hansı bir dövlət vəzifəsində işləmək hüququndan məhrum edib.

KARUSEL / DÜNYA
Tarix: 1-04-2024, 17:34