İmran Xanın məhkəməsi ictimaiyyət üçün açıq keçiriləcək
Pakistan məhkəməsi keçmiş baş nazir İmran Xanın “rəsmi sirləri açıqlamaq” ittihamı ilə həbsxanada açıq mühakimə olunmasına qərar verib.
Dawn xəbərverir ki, xüsusi məhkəmə hakiminin qərarı keçmiş Baş nazirin vəkillərinin təhlükəsizliyə təhdidləri əsas gətirilərək, İmran Xanın fiziki olaraq məhkəmə qarşısına çıxa bilməməsindən sonra verilib.
Adiala həbsxanası rəhbərliyinin hesabatına baxdıqdan sonra hakim Əbual Həsnat Zülqərneyn məhkəmənin həbsxanada keçiriləcəyinə, müttəhimin ailə üzvlərinin və medianın dinləmələrdə iştirakına icazə veriləcəyinə qərar verib.
İslamabad Ali Məhkəməsi keçən həftə İmran Xanın həbsxanada mühakiməsini “qanunsuz” elan edib. Onun vəkili Naim Hayder Panjutha “X” sosial şəbəkəsində yazıb ki, həbsxana rəhbərliyi məhkəmə qarşısında hesabat təqdim edib və İmran Xanın həyatına ciddi təhlükə olduğuna görə onu məhkəmə binasına gətirə bilməyəcəyini bildirib:"Lakin biz bu məhkəməni həbsxanada qəbul etməyə hazır deyilik və bu proses İslamabad Məhkəmə Kompleksində keçirilməlidir".
İmran Xan avqust ayında həbs edilib və keçmiş xarici işlər naziri Şah Mahmud Qureşi ilə birlikdə ona qarşı dövlət sirlərini yaymaqla bağlı ittiham irəli sürülüb. Hər iki şəxs özlərini təqsirli bilməyib.
KARUSEL / DÜNYA

Tarix: 29-11-2023, 12:02