İmran Xanı həbs etmək istəyən polisə tərəfdarları müqavimət göstərir
Pakistan polisi martın 15-də keçmiş Baş nazir İmran Xanı yenə həbs edə bilməyib.
Bu barədə "Dawn" xəbər yayıb.
Bildirilib ki, Pakistanın keçmiş Baş nazirinin iqamətgahını tərəfdarları mühafizə edir. Bu səbəbdən polis qüvvələri binaya daxil olub hökumətin keçmiş başçısını həbs edə bilmir. İmran Xanın tərəfdarları ilə polis qüvvələri arasında yeni toqquşma baş verib.
Xatırladaq ki, martın 14-də polis İmran Xanın iqamətgahına daxil ola bilməyib.
Keçmiş Baş nazir vəzifə səlahiyyətindən sui-istifadə edərək bahalı hədiyyə almaqda ittiham olunur.
KARUSEL / DÜNYA
Tarix: 15-03-2023, 12:03