35 saylı DSK sədri işdən getdi - İqbal Ağazadədən rüşvət alıb?
35 saylı Xətai 3-cü Seçki Dairəsinin rəhbəri İmran Hüseynəliyev tutduğu vəzifədən istefa verib.
Vətəninfo.az saytının məlumatına görə, buna rəsmi səbəb kimi, onun səhhətinin pisləşməsi göstərilir. Lakin saytımız məlumat alıb ki, əsil səbəblər başqadır. İmran Hüseynəliyev 11 ildir DSK sədridir və deputatlığa namizəd İqbal Ağazadə ilə yaxın münasibətlərə malikdir. Hər seçkidə ondan və qardaşı, iş adamı İlqar Ağazadədən yüksək miqdarda rüşvət alaraq, əvəzində seçkilərdə Ağazadələrin xüsusi maraqlarını təmin edir, onlara karusel əməliyyatları və başqa saxtakarlıqlar həyata keçirtməyə imkan yaradır. Ehtimal olunur ki, bu dəfə də belə olub və İmran Hüseynəliyev hər seçkidə olduğu kimi, bu dəfə də Ağazadələrlə sövdələşib. Sadəcə, bu məxfi proses bu dəfə aşkara çıxıb. Buna görə də İmran Hüseynəliyev vəzifəsindən getmək məcburiyyətində qalıb.
Əlavə məlumat veriləcək.
MANŞET / BANNER / KARUSEL / ÖLKƏ
Tarix: 24-01-2020, 22:25