mobil versiya

Rauf Arifoğlu Milli Məclisə seçkilərdə iştirak edəcəyini bildirdi: "Əlizadəçilik bitdi"



"Yeni Müsavat" Media Qrupunun rəhbəri: ''Parlament seçkilərində iştirak edirəm, seçicilərimi, media ictimaiyyətini və dostları dəstəyə səsləyirəm''


"Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu parlament seçkilərində iştirak edəcək. Bu barədə Rauf Arifoğlu özünün Facebook profilində xüsusi açıqlama ilə çıxış edib. Açıqlamanın mətnini oxucuların diqqətinə çatdırırıq.

''Dəyərli dostlar.

Bu gün seçki hüququmdan istifadə edərək, 35 saylı Xətai 3-cü seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürdüm. Bunun üçün lazım olan sənədləri səlahiyyətli nümayəndəm DSK-ya təqdim etdi.

- Niyə Xətai, niyə 35?

- Bu dairə kimindir? Passiv seçki hüququ olan hər bir Azərbaycan vətəndaşının, indiki deputat Araz Əlizadənin, dostum İqbal Ağazadənin, yoxsa mənim?

- Kimin şansı nə qədərdir?

- Arifoğlu gəldi, Əlizadə gedəcəkmi, parlament əlizadəçilik utancından qurtulacaqmı?

- Seçkilərin gedişində kiminsə xeyrinə namizədliyimdən imtina edə bilərəmmi?

Bu və başqa suallara növbəti statusumda cavab yazacam. Detallı və səmimi!

İndi isə bu bəyanımı edərək, bütün dostları, media ictimaiyyətini, Xətai 35 saylı 3-cü Seçki Dairəsində yaşayan Facebook istifadəçilərini dəstəyə səsləyirəm.

Seçki təcrübəsi olan fəalları, siyasi texnoloqları, ziyalıları, gənc könüllüləri, tələbələri seçki qərargahıma dəvət edirəm. Gəlin Azərbaycan üçün, demokratiya və haqlar uğrunda birgə çalışaq!

Birlikdə Azərbaycanda ən nümunəvi bir kampaniya keçirdək! Yeni ilin ən gözəl hadisəsini bərabər hazırlayaq!

Sayğılarla, Rauf Arifoğlu, "Yeni Müsavat" Media Qrupunun rəhbəri

(Daha detallı və bütün suallarla bağlı irəliləyən saatlarda yazacam)''.


MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / ÖLKƏ
Tarix: 22-12-2019, 22:26