Mehman Hüseynov bələdiyyə seçkilərinə qatılır
Bloger “seçki tarixində belə maraqlı, kreativ seçki olmayıb” deyir
Tanınmış bloger, “Sancaq Production”un rəhbəri Mehman Hüseynov bələdiyyə seçkilərində iştirak edəcək. Musavat.com xəbər verir ki, M.Hüseynov bununla bağlı sosial şəbəkədə məlumat verib. O, hazırlıq işləri ilə bağlı son mərhələyə çatdığını deyib: “Nəhayət ki! Bələdiyyə seçkiləri üçün tələb olunan imzalar toplanılıb artıq! Yaxın günlərdə Dairə Seçki Komissiyasına təqdim olunacaq. Mənə dəstək olan, qorxmadan imza atan hər bir kəsə təşəkkürümü bildirirəm!
Burdan açıq aydın bildirirəm, imzaların hamısı etibarlıdır. Heç bir imza saxtalaşdırılmayıb çünki buna ehtiyac yox idi. Qaraçuxur Yeni Günəşli sakinləri canla başla mənə dəstək oldular! Bəli itiraf edirəm ki, 4-5 imza itibarsızdır bizim səhvimizə görə, diqqətsiz olduq. Odur ki, qeydiyyatımızın cavabını gözləyək! Bir daha deyirəm ki, seçki tarixində belə maraqlı, kreativ seçki kampaniyası olmayıb, olmayacaq da. Komandamızla, vətəndaşların dəstəyi ilə əlimizdən gələni edəcəyik ki bu seçkiləri saxtalaşdıra bilməsinlər! Mərkəzi Seçkilər Komissiyası, müharibəyə hazırlaşın! Qaraçuxur, Yeni Günəşli camaatı dəyişiklərə hazır olun! İsti kreslolarında oturub xalqa xidmət etməyən məmurları məhv edəcəyik! Xalqa xidmət etmək necə olur onu görəcəksiz”.//Musavat.com
MANŞET / BANNER / KARUSEL / ÖLKƏ
Tarix: 11-11-2019, 17:30