mobil versiya

Moldovada yerli icra orqanlarına seçkilər keçirilir




Moldovada yerli icra orqanlarına seçkilər keçirilir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bütün seçki məntəqələri vaxtında açılıb.

Ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Dorin Çimil bildirib ki, yerli icra orqanlarına seçkilər plan üzrə keçirilir.

Seçicilər 1000-ə yaxın şəhərin rəhbərini seçirlər. Həmçinin ölkə vətəndaşları 11 min yerli xalq seçki orqanlarına (şəhər və rayon şuralarına) namizədləri seçirlər. 

SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 20-10-2019, 16:36