Əli Əhmədov: Müxalifət partiyaları illərdir uğursuzluqlarının səbəbini guya seçkilərin qeyri-demokratik olmasıyla ört-basdır etməyə çalışırlar
Azərbaycanın Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədovun Trend-ə müsahibəsi
- Əli müəllim, qarşıdan bələdiyyə seçkiləri gəlir, ondan bir müddət sonra isə parlament seçkiləri keçiriləcək. Seçkilər yaxınlaşdıqca müxalifət seçkilər barəsində müxtəlif fikirlər, o cümlədən seçkilərin guya demokratik keçirilmədiyi haqda iddialar səsləndirməyə başlayıb. Sizcə seçki öncəsi belə iddialar səsləndirməyin məqsədi nədir?
- Seçkilər yaxınlaşdıqca istənilən siyasi təşkilatın və onun ayrı-ayrı təmsilçilərinin fəallaşması normal bir hadisədir. O cümlədən, Yeni Azərbaycan Partiyası olaraq biz də dekabr ayında keçiriləcək bələdiyyə seçkilərinə hazırlaşırıq. Amma qəribə olan ondan ibarətdir ki, müxalifət partiyaları özlərinin uğursuzluqlarının səbəblərini Azərbaycanda keçirilən seçkilərin guya qeyri-demokratik olması ilə ört-basdır etməyə çalışırlar və bunu 5-10 il deyil, artıq 30 ilə yaxındır təkrarlayırlar.
1993-cü ildən indiyə qədər keçirilən bütün seçkilərdə müxalifət partiyaları uğursuzluğa düçar olublar, Azərbaycan vətəndaşları onlara səs verməyib və vermək də istəməyib. Səbəblərini də bu səsi vermək istəməyən hər bir Azərbaycan vətəndaşı çox gözəl anlayır. Vətəndaşların əksəriyyəti 90-cı illərin əvvəllərində Azərbaycanın hansı bərbad vəziyyətə salındığını unutmayıb, insanlar hansı təlatümlü bir dövrdə yaşadıqlarını, çörək növbələrini yaddan çıxarmayıblar, ölkədə tuğyan edən əlisilahlı insanların hərəkətlərini heç cür unutmayıblar.
Bütün bunların müqabilində insanlarımız bugünkü Azərbaycanı da görürlər. Azərbaycanın nə qədər gözəlləşdiyini, inkişaf etdiyini, hər bir Azərbaycan vətəndaşının həyatının nə qədər dəyişdiyini hər kəs çox gözəl anlayır. Müxalifətin nə qədər bu inkişafın üzərinə qara yaxmağa çalışmasına baxmayaraq, hər bir Azərbaycan vətəndaşı dərk edir ki, 90-cı illərin əvvəlində o necə yaşayırdı, indi necə yaşayır. 90-cı illərin əvvəllərinin Azərbaycanı necə idi, indiki Azərbaycan necədir?
Bütün bunların hamısını insanlar bilirlər. Eyni zamanda, insanlarımız çox aydın şəkildə dərk edirlər ki, bu gün Azərbaycana qarşı təbliğat aparan şəxslər, seçkilərin guya qeyri-demokratik olduğunu bəyan edənlər 90-cı illərdə hakimiyyətdə olaraq iflasa uğramış insanlardır. Onlar Azərbaycanı bir ölkə olaraq dağılmaq həddinə gətirib çıxarmış insanlardırlar. Azərbaycan vətəndaşlarından heç kim onların indi göz yaşı töküb guya Vətən naminə vuruşmaq istədiklərini sübut etmək cəhdlərinə inanmayacaq. Çünki elə onlar bu Vətəni çox bərbad vəziyyətə salmışdılar, dağıtmışdılar, parçalamışdılar, inflyasiya 1600 faizə gəlib çatmışdı, insanların aldığı əməkhaqqı yalnız çörək almağa çatırdı. Belə olan halda təbii ki indi insanlar onları dəstəkləmirlər, səs vermirlər və onlar özlərinin bu uğursuzluqlarının bütün səbəbini Azərbaycanda seçkilərin guya demokratik keçirilməməsində axtarırlar. Onların bəyanatları tamamilə yalandır. Azərbaycan vətəndaşı öz istəyinə uyğun səs verir, kimi istəyir, onu da seçir. Əgər müxalifət səs qazana bilmirsə, onun səbəbini çox yaxşı olardı ki, özlərinin hərəkətlərində axtarsınlar.
- Yeni Azərbaycan Partiyası qarşıdan gələn seçkilərə necə hazırlaşır?
- Əlbəttə, bu seçkilər bizim üçün çox ciddi növbəti sınaqdır. Biz hər bir seçkini partiyamız üçün böyük sınaq hesab edirik, ciddi şəkildə hazırlaşırıq. Artıq bələdiyyə seçkilərinə hazırlıqlara başlamışıq. Bir tərəfdən bu hazırlıq işlərini aparırıq, digər tərəfdən isə namizədlərin müəyyənləşdirilməsi məsələsi ilə də ciddi şəkildə məşğul olacağıq.
Yeni Azərbaycan Partiyası olaraq niyyətimiz ondan ibarətdir ki, bizim gənclərimiz çox sayda bələdiyyələrə seçilsinlər. Ona görə də biz onların namizədliklərini daha çox verəcəyik. Çünki bələdiyyələr, eyni zamanda, bir siyasi kamilləşmə məktəbidir. Buraya seçilən gənclər öz bələdiyyələri, rayonları səviyyəsində özlərini təqdim etmək imkanı əldə edirlər, siyasətlə məşğul olurlar, gələcəkdə daha ciddi siyasi proseslərlə məşğul olmaq üçün lazım olan təcrübəni toplayırlar. Bu mənada bələdiyyə seçkilərində gənclərimizin iştirak etməsində çox maraqlıyıq.
İkinci hədəfimiz daha çox sayda qadınların bələdiyyələrə seçilməsinə nail olmaqdan ibarətdir. Qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasında həm gənc, həm digər yaşlı nəslin nümayəndələri olan qadınlarımız var ki, onlar çox fəaldırlar, Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Çalışacağıq ki, bu qadınların əhəmiyyətli bir hissəsi Yeni Azərbaycan Partiyasının dəstəyi ilə bələdiyyələrə üzv seçilsinlər. Ümumiyyətlə isə Yeni Azərbaycan Partiyasının daha fəal üzvlərinin bələdiyyələrə seçilməsinə çalışacağıq.
Əlbəttə ki, Yeni Azərbaycan Partiyası bələdiyyələrdə geniş təmsil olunur və onlardan bir çoxu üzərinə düşən öhdəlikləri, vəzifələri layiqincə yerinə yetirib. Yəqin yenidən onlara da etimad göstəriləcək. Amma hər bir seçkidə gəncləşmə, yeniləşmə özünü göstərməlidir. Bu mənada yeni namizədlərin irəli sürülməsi üçün də cəhdlər göstəriləcək. Güman edirəm ki, bizim potensialımız, vətəndaşların bizə inanması, aparacağımız geniş təbliğat kampaniyası nəticə etibarı ilə Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində uğur qazanmasına kömək göstərəcək. Biz inanırıq ki, növbəti bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası yenə də əvvəlki uğurlarını təkrar edəcək.
- Əli müəllim, düzdür, parlament seçkilərinə hələ bir müddət var. Lakin belə iddialar səsləndirilir ki, yaşı çox olan deputatlar yenidən seçilməyəcək. Yeni Azərbaycan Partiyası olaraq sizin də bu iddialara münasibətinizi bilmək istərdik.
- Bilirsiniz, məsələyə belə yanaşmaq lazımdır ki, dəyişiklik bütün seçkilərdə olur. Bundan əvvəlki seçkilərdə də dəyişiklik olub. Bunsuz mümkün deyil, çünki dəyişiklik olmadan yeni seçki keçirməyin məntiqi bir mənası qalmır. Baxmayaraq ki, hələ növbəti parlament seçkilərinə xeyli müddət var, orada da yəqin ki, dəyişikliklər olacaq. Amma mən istəməzdim ki, biz bunu bu cür bəsit, sadə şəkildə müzakirə edək - yəni yaşın çoxdursa get, azdırsa qal.
Dünyanın ayrı-ayrı ölkələrində kifayət qədər yaşlı insanların parlamentlərdə təmsil olunması ilə bağlı xeyli nümunələr var. Seçki elədir ki, kimə səs verəcəklərsə, o da seçiləcək. Yaşından asılı olmayaraq, vətəndaş səs verəcəksə, seçiləcək, verməyəcəksə, seçilməyəcək. Səs verərkən vətəndaş düşünə bilər ki, bu, hələ cavandır, mən buna səs verməyim, daha təcrübəliyə səs verim və yaxud düşünə bilər ki, bu artıq neçə ildir parlamentdə təmsil olunur, indi başqa adama, daha cavan insana səs verim. Bu, vətəndaşın öz seçimidir.
Yeni Azərbaycan Partiyası olaraq bizim bu məsələyə yanaşmamız, yaşı çoxdur və ya yaşı azdır prinsipi əsasında deyil, daha çox fəallıq nümayiş etdirmək, partiyaya, ölkəyə fayda gətirmək, parlament müzakirələrində yaxından iştirak etmək prinsipləri əsasında olacaq. Yəni çalışacağıq ki, partiyanın və insanlarımızın göstərdiyi etimadı daha yaxşı doğruldanlar yenidən seçilsinlər, yenidən öz fəaliyyətlərini davam etdirsinlər. Yəni hesab edirəm ki, bunu sadəcə yaş prinsipi ilə əlaqələndirmək doğru olmazdı. Yeni Azərbaycan Partiyasının gənc üzvləri var ki, biz onlara kifayət qədər etimad göstəririk. Eyni zamanda, bizim veteranlarımız, partiyanın yaranmasında və inkişaf etməsində böyük xidmətlər göstərmiş insanlarımız var ki, onlar bizim üçün dəyərlidirlər. Bu şəxslərin böyük təcrübələri, eyni zamanda nüfuzları var. Ona görə biz bu məsələyə daha geniş prizmadan yanaşacağıq. İstər gənc, istərsə də yaşlı olsun, kim layiqdirsə, kim vətəndaşın səsini qazana bilərsə, ona da etimad göstərmək daha düzgün prinsip olardı.
/trend.az/
SİYASƏT / ÖLKƏ / CƏMİYYƏT

Tarix: 27-08-2019, 09:33