mobil versiya

Körfəz Əməkdaşlıq Şurası Ər-Riyadda keçiriləcək Aİ zirvə toplantısını təxirə salıb






Körfəz Əməkdaşlıq Şurası cümə axşamı günü 24 oktyabrda Ər-Riyadda keçirilməsi planlaşdırılan Aİ-Körfəz zirvə toplantısını təxirə saldığını bildirib.

Bu zirvə toplantısına Husilərin Səudiyyə Ərəbistanına qarşı davam edən təhdidləri və Kral Xalid Beynəlxalq Hava Limanındakı əməliyyatların uzadılmış şəkildə dayandırılması səbəb olub.

Yəmənin İran tərəfindən dəstəklənən Husiləri son zamanlar Krallıq daxilində mülki hədəflərə hücumları artırıblar.

Çərşənbə axşamı Səudiyyə Ərəbistanı Nazirlər Kabineti bildirib ki, Husilər hava limanlarını, müqəddəs Məkkə və Mədinə şəhərlərini, mülki və iqtisadi obyektləri hədəf alan hücumlar da daxil olmaqla, təkrarlanan hücumlarının nəticələrini öz üzərlərinə götürəcəklər.


Reportyor.az 


KARUSEL / DÜNYA
Tarix: Bu gün, 17:00