mobil versiya

Koalisiya husilərin Səudiyyə Ərəbistanına hücumlarının mülki şəxsləri hədəf aldığını bildirir və cavab tədbirləri görəcəyini vəd edir







Yəməndəki husilər tərəfindən ballistik raketlər və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirilən bir sıra hücumlar Səudiyyə Ərəbistanının cənubunda 13 mülki şəxsin yaralanmasına və maddi ziyana səbəb olub.

Bu barədə çərşənbə axşamı Yəməndə Qanuni Hakimiyyəti Dəstəkləyən Koalisiyanın sözçüsü məlumat verib.

General-mayor Turki əl-Maliki bəyanatında bildirib ki, bazar ertəsi husilərin həyata keçirdiyi hücumlar "bir sıra ballistik raketlər və PUA-lar" vasitəsilə Xamis Muşait, Əbha və Taif şəhərlərindəki mülki obyektləri hədəf alıb.

Bəyanatda qeyd olunub ki, hücumlar nəticəsində "13 mülki şəxs yüngül və ya orta dərəcədə xəsarət alıb, yeddi evə və iki nəqliyyat vasitəsinə ziyan dəyib".

Əl-Maliki bildirib ki, bu hücumların davam etməsi husilərin gərginliyi artırmaq və mülki obyektləri hədəf almaq xəttini tutduğunu göstərir.

"Koalisiyanın Birləşmiş Qüvvələr Komandanlığı Krallığın suverenliyini, mülki obyektləri və mülki şəxsləri bu mənfur hücumlardan qorumaq üçün məsuliyyətli və qətiyyətli şəkildə hərəkət edəcək", - deyə bəyanatda bildirilib. Əl-Maliki əlavə edib ki, Koalisiyanın Birləşmiş Qüvvələr Komandanlığı silahlı qruplaşmanı cilovlamaq və onun düşmənçilik mövqeyinə qarşı durmaq üçün zəruri əməliyyat tədbirləri görəcək.


Reportyor.az 


KARUSEL / DÜNYA
Tarix: Bu gün, 10:00