mobil versiya

İndoneziyanın tüstü dumanına bürünmüş bölgələrində tənəffüs yolu xəstəlikləri ilə bağlı müraciətlərin sayı 280 mini ötüb






İndoneziya qonşu ölkələrə zəhərli tüstü yayılmasına səbəb olan yanğınları nəzarət altına almağa çalışarkən, Səhiyyə Nazirliyinin rəsmisi çərşənbə günü bildirib ki, tüstü dumanından təsirlənən bölgələrdə 280 mindən çox tənəffüs yolu problemi qeydə alınıb.

Səhiyyə Nazirliyinin rəsmisi Ten Suyanti mətbuat konfransında 18 avqust – 13 oktyabr tarixləri arasında qeydə alınan hallara istinad edərək deyib: "Ümumilikdə 283 270 (tənəffüs yolu xəstəliyi) halı qeydə alınıb".

Reportyor.az 


KARUSEL / DÜNYA
Tarix: Bu gün, 15:04