BƏƏ Kral Xalid Beynəlxalq Hava Limanına husi qrupunun davamlı hücumlarını qətiyyətlə qınayır

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Səudiyyə Ərəbistanı Krallığının Kral Xalid Beynəlxalq Hava Limanına husilərin davam edən bir sıra mülki şəxslərin xəsarət alması ilə nəticələnən hücumlarını qətiyyətlə pisləyib.
BƏƏ Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib ki, bu hücumlar Səudiyyə Ərəbistanı Krallığının suverenliyinin kobud şəkildə pozulması, eləcə də onun təhlükəsizliyi və sabitliyi üçün təhdiddir.
Nazirlik BƏƏ-nin Səudiyyə Ərəbistanı Krallığı ilə tam həmrəy olduğunu və Krallığın təhlükəsizliyinin və sabitliyinin qorunmasına yönəlmiş bütün tədbirləri dəstəklədiyini bir daha bəyan edib.
Nazirlik xəsarət alanların hamısına tezliklə sağalmalarını arzulayıb.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 11:35


























