mobil versiya

Tramp: Hisilər Səudiyyə Ərəbistanına qarşı çox pis hərəkət edib






ABŞ Prezidenti Donald Tramp Yəməndəki husilərin Səudiyyə Ərəbistanına qarşı raket və dron hücumlarını gücləndirməsi fonunda onların "çox pis hərəkət etdiklərini" söyləyib, lakin ABŞ-ın konkret cavab tədbirləri barədə heç nə açıqlamayıb.

Ağ Evdən Ohayo ştatına yola düşərkən jurnalistlərin qrupla bağlı nə etməyi planlaşdırdığına dair sualını cavablandıran Tramp deyib: "Husilər çox pis hərəkət edirlər. Bu, yaxşı hal deyil".

Bu bəyanatlar husilərin Səudiyyə Ərəbistanına qarşı təkrarlanan hücumlarından, o cümlədən həftəsonu Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına endirilən və azı 13 nəfərin ölümü, 300-dən çox insanın yaralanması ilə nəticələnən zərbələrdən sonra səsləndirilib.

Səudiyyə Ərəbistanı rəsmiləri Ər-Riyad hava limanında fəaliyyətin dayandırılması müddətini şənbə gününə qədər uzadıblar.

Tramp şənbə günü bildirmişdi ki, hava limanına hücumdan sonra husilərə qarşı ABŞ-ın hərbi müdaxiləsi məsələsini nəzərdən keçirir.

Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 15:03