Azərbaycan Avropa çempionatında 9 boksçu ilə təmsil olunacaq

Bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.
12 gün davam edəcək yarış oktyabrın 16-da start götürəcək.
Baş məşqçi Elbrus Rzayev U-19 dünya çempionatında Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Baxışov (60 kq), Şahin Aslanov (65 kq), Rza Rzayev (70 kq), Renat Qiyaslı (80 kq) və Səfdər Məmmədzadəyə (+90 kq) şans verəcək.
Qızlardan ibarət millinin baş məşqçisi İlkin Ağayev isə Banuçiçək Nəsirli (48 kq) ilə Gülər Hüseynovaya (51 kq) güvənəcək.
Yarışda Emil Qurbanəliyev hakimlər sırasında yer alacaq. Anar Babanlı isə referilərin işini qiymətləndirəcək. (Komanda az)
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 13:38


























