mobil versiya

ABŞ-ın Bakıdakı səfirliyi 2 gün bağlı qalacaq




ABŞ-nin Bakıdakı səfirliyi Şükran Günü münasibətilə noyabrın 26 və 27-də bağlı olacaq.

Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi açıqlama yayıb.

“Hər kəsə xoş və sevincli Şükran Günü arzulayırıq!” – deyə səfirliyin açıqlamasında bildirilib.
Qeyd edək ki, ABŞ-nin Bakıdakı səfirliyinə Emi Karlon müvəqqəti işlər vəkili kimi rəhbərlik edir. O, 2025-ci il iyunun 23-də səfirliyin missiya rəhbərinin müavini vəzifəsinə başlayıb. İyulun 3-də isə səfirlik onun müvəqqəti işlər vəkili təyin olunduğunu açıqlayıb.

Reportyor.az 



KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 11:32