ABŞ-ın müvəqqəti işlər vəkili Şəhidlər xiyabanını ziyarət edib

ABŞ-ın müvəqqəti işlər vəkili Emi Karlon Şəhidlər xiyabanını ziyarət edib.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin sosial şəbəkə hesabında məlumat verilib.
“ABŞ-nin Müvəqqəti İşlər Vəkili Emi Karlon Şəhidlər xiyabanını ziyarət edərək həlak olanların xatirəsini ehtiramla yad etdi və münaqişə nəticəsində yaxınlarını itirən azərbaycanlı ailələrə və dostlara başsağlığı verdi”, - məlumatda qeyd olunub.
Reportyor.az

KARUSEL / SİYASƏT
Tarix: Dünən, 17:54