Latviyalı diplomat Şəhidlər Xiyabanını ziyarət edib
Latviyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili xanım Viya Buşa Avropa İttifaqının Azərbaycandakı səfirləri ilə birlikdə 1990-cı il 20 Yanvar qurbanlarının xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edib.
"Reportyor.az" xəbər verir ki, diplomat Azərbaycanın azadlığı uğrunda həlak olan şəhidlərin məzarları üzərinə qərənfillər düzüb, onların əziz xatirəsini ehtiramla yad edib.
KARUSEL / GÜNDƏM
Tarix: 19-01-2023, 18:04