mobil versiya

Avropada yay vaxtı rejimi başa çatdı





Ötən gün saatların səhər saat 3-də bir saat geri çəkilməsi ilə avropalılar bir saat artıq yatmaq imkanı qazandılar; bu, Avropanın əksər ölkələrində yay vaxtı rejiminin başa çatdığını göstərir.

Almaniya və digər Mərkəzi Avropa ölkələri Mərkəzi Avropa Yay Vaxtından (CEST – Qrinviç vaxtından 2 saat irəli) Mərkəzi Avropa Vaxtına (CET – Qrinviç vaxtından 1 saat irəli) keçdilər.

Almaniya 1980-ci ildə enerjiyə qənaət etmək və gün işığından maksimum dərəcədə yararlanmaq məqsədilə mövsümi saat dəyişikliyi sistemini yenidən tətbiq etmişdi. Standart vaxt rejimi gələn il martın 28-dək qüvvədə qalacaq.

Almaniyanın şimalındakı Braunşveyq şəhərində yerləşən Milli Metrologiya İnstitutu avtomatik saat dəyişikliyinin tənzimlənməsinə cavabdehdir.

İnstitutun mütəxəssisləri radio ilə idarə olunan saatların, vağzal saatlarının və bir çox sənaye saatlarının rəsmi vaxt siqnalını qəbul etməsini təmin edirlər. Bu siqnal Frankfurt yaxınlığındakı Maynflingen şəhərində yerləşən və DCF77 adlanan uzun dalğalı ötürücü vasitəsilə ötürülür.

Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 08:36