mobil versiya

İctimai nəqliyyat həftəsonları işləyəcək? - Operativ Qərargah qərar verdi (RƏSMİ)




Sərt karantin rejimi mövcud olan şəhər və rayonlarda həftəsonları ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, sərt karantin rejimi tətbiq olunan Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda aşağıdakı tarixlərdə ictimai nəqliyyat işləməyəcək.

5 sentyabr saat 00:00-dan 7 sentyabr saat 06:00-dək;

12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək;

19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək;

26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 29-08-2020, 10:24