mobil versiya

Ceyhun Bayramov Subrahmanyam Cayşankarla görüşüb



Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana səfəri çərçivəsində Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qarşılayıb.

Bu barədə Azərbaycan XİN sosial media hesabında paylaşım edib.


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar arasında ikitərəfli gündəliyi müzakirə etmək, həmçinin regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparmaq məqsədilə təkbətək görüş başlayıb.

Reportyor.az 

KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 11:55