mobil versiya

Ceyhun Bayramov Lavrovla görüşüb



Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb.
Bu barədə nazirliyin tvitter hesabında qeyd edilib.
Rusiya Federasiyasına işgüzar səfər çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında ikitərəfli görüş keçirilib. Tərəflər ikitərəfli və regional məsələləri, o cümlədən Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə ediblər - deyə paylaşıdma bildirilib.
Xatırladaq ki, 24 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb. Səfər çərçivəsində, 25 iyul tarixində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli görüşün, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.

KARUSEL / SİYASƏT
Tarix: 25-07-2023, 17:03