Ermənistanda “Sülh Körpüsü” təşəbbüsünün 5-ci görüşü başlayıb

Ermənistanda “Sülh Körpüsü” təşəbbüsünün 5-ci görüşü başlayıb.
Bu barədə Armenpress məlumat verib.
“Erməni Şurası” (Armenian Council) QHT-si bildirib ki, Ermənistanda “Sülh Körpüsü” təşəbbüsünün beşinci görüşü start götürüb. Görüşdə Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətindən ümumilikdə 60 nümayəndə iştirak edir.

“Erməni Şurası”nın məlumatına görə, müzakirələrdə 8 avqust 2025-ci il tarixli Vaşinqton Sammitində təsdiqlənmiş sülh gündəliyi; Ermənistan-Azərbaycan sülh prosesinin gücləndirilməsi və institutsionalizasiyasına yönəlmiş təşəbbüslər; iki cəmiyyət arasında qarşılıqlı etimadın qurulması və inkişafı üzrə tədbirlər; Cənubi Qafqazda dayanıqlı iqtisadi əməkdaşlıq, ticarət və əlaqə marşrutlarının yaradılması imkanları; humanitar məsələlər; gənclərlə iş və təhsil; həmçinin hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri nəzərdən keçiriləcək.
Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 12:30

























