BƏƏ Azərbaycanla iqtisadi və investisiya əlaqələrinin inkişafına töhfə verəcək imkanları müzakirə edib

Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı səfiri
Mohammed Murad AlBlooshi Azərbaycanın Hand Craft
şirkətinin nümayəndələri ilə görüşüb.
Bu barədə səfirlik sosial media hesabında paylaşım edib.
Görüş zamanı tərəflər hər iki dost ölkənin qarşılıqlı maraqlarına xidmət edəcək, iqtisadi və investisiya əlaqələrinin inkişafına töhfə verəcək, eləcə də tərəflər arasındakı tərəfdaşlığı gücləndirəcək perspektivli sahələrdəki investisiya imkanlarını müzakirə edib və araşdırıblar.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 17:16


























