mobil versiya

Azərbaycan ilə Litva arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb



Azərbaycan Respublikası və Litva Respublikasının xarici işlər nazirləri Azərbaycan Respublikası ilə Litva Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni imzalayıb.

Bu barədə Azərbaycan XİN sosial media hesabında paylaşım edib.

Bu imzalama Azərbaycan-Litva münasibətlərində mühüm mərhələni təşkil edir; o, ikitərəfli əməkdaşlığın gücləndirilməsi, həmçinin siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat, əlaqələndirmə və qarşılıqlı maraq doğuran digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün yeni çərçivə yaradır. 

Reportyor.az 
KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 12:05