mobil versiya

Çin bu gün ilk pakistanlı astronavtın da daxil olduğu 3 nəfərlik kosmik missiyanı kosmosa göndərib






Çinin "Şençjou-24" (Shenzhou-24) kosmik gəmisi 25 noyabr səhəri uğurla kosmosa buraxıldı. Üç nəfərlik heyətin tərkibində Pakistan vətəndaşı da var; o, "Tyanqun" (Tiangong) kosmik stansiyasına qədəm qoyan ilk xarici astronavt olacaq.

"Long March-2F" (Uzun Yürüş-2F) raketi vasitəsilə həyata keçirilən uçuş, Çinin şimal-qərbində yerləşən Tszütsyuan (Jiuquan) Peyk Buraxılış Mərkəzindən səhər saat 08:18-də baş tutdu.


Orbitə çıxan ilk pakistanlı olacaq 40 yaşlı pilot Zişan Əli missiyada "faydalı yük üzrə mütəxəssis" qismində iştirak edəcək. O, stansiyada 5-10 gün qalaraq müxtəlif təcrübələr aparacaq.
Onunla birlikdə heyət komandiri Tanq Honqbo və uçuş mühəndisi Vu Yi də var.

"Mən özüm üçün uçmuram. Mən çiyinlərimdə Pakistanın adını daşıyıram", - deyə Əli jurnalistlərə bildirib.


Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 08:37