Badamdarda sürüşmə prosesinin aktivliyi davam edir, çatlar genişlənib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar–20-ci sahədə mütəmadi müşahidə və monitorinq işləri aparılır.
Bu barədə ETSN-dən məlumat verilib.
Bildirilib ki, son monitorinqlər zamanı ərazidə sürüşmə prosesinin aktivliyinin davam etdiyi və mövcud çatlarda genişlənmənin baş verdiyi müəyyən edilib.
Ərazidəki vəziyyət mütəxəssislər tərəfindən nəzarətdə saxlanılır.
Reportyor.az
KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 16:09


























