mobil versiya

ETSN-in mütəxəssisləri Suraxanıda yanğın baş vermiş ərazidə monitorinq aparır



Paytaxtın Suraxanı rayonunda baş verən yanğınla bağlı hazırda ETSN-in əməkdaşları ərazidə monitorinq aparırlar.

Bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib.
O qeyd edib ki, mütəxəssislər atmosferə yayılan qara tüstü axını ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürürlər.


KARUSEL / CƏMİYYƏT
Tarix: 30-08-2024, 16:38