mobil versiya

İsmayıllıda baş verən yanğın söndürülüb


İsmayıllı rayonunda böyük ərazidə yanğın hadisəsi baş verib.
Hadisə şəhərin Heydər Əliyev prospektindəki yaşayış evlərinin birində qeydə alınıb.
Şəhər bazarının yaxınlığındakı fərdi yaşayış evində baş verən yanğın qısa zaman ərzində böyük ərazini əhatə edib.
Fövqəladə Hallar Nazirliyindən məlumatına görə, İsmayıllı şəhərində baş verən yanğın söndürülüb.
Qeyd olunub ki, yanğın havanın küləkli olmasına baxmayaraq yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

KARUSEL / HADİSƏ
Tarix: 25-07-2023, 13:44