İmran Xan PTI-nin siyasi ittifaqını genişləndirməsini, Fəzl və digər müxalifət partiyaları ilə əlaqə qurmasını istəyir

PTI-nin (Pakistan Ədalət Hərəkatı) Əsas Komitəsinə məlumat verilib ki, həbsdə olan partiya qurucusu İmran Xan siyasi ittifaqın genişləndirilməsini, həmçinin "Cəmiyyət Üləma-i-İslam-Fəzl" (JUI-F) təşkilatının rəhbəri Mövlana Fəzlur Rəhman və digər müxalifət partiyaları ilə əlaqə qurulmasını istəyir.
Bu barədə yerli Dawn xəbər verir.
İmranın təlimatları bazar ertəsi başlayıb gecə saatlarına qədər davam edən iclasda komitəyə çatdırılıb, sonra PTI bəyanat yayıb.
Bəyanatda deyilir: "Əsas Komitəyə məlumat verilib ki, İmran Xan müxalifət rəhbərliyinə tam etimadını ifadə edib. O, daha geniş siyasi ittifaq formalaşdırmaq və fəal siyasi fəaliyyətlərə başlamaq məqsədilə mövcud siyasi ittifaqın genişləndirilməsi, həmçinin Mövlana Fəzlur Rəhman və digər müxalifət partiyaları ilə əlaqə qurulması barədə göstəriş verib".
Noyabrın əvvəlində, tərkibində PTI-nin də yer aldığı "Tehrik-i-Təhəffüz-i-Ayin-i-Pakistan" (Pakistan Konstitusiyasının Müdafiəsi Hərəkatı) adlı müxalifət ittifaqının liderləri Fəzl ilə görüşüblər. Tərəflər ittifaqı və parlament səviyyəsindəki koordinasiyanı gücləndirmək barədə razılığa gəliblər.
PTI-nin hakimiyyətdə olduğu Xayber Paxtunxva əyalətində oktyabrın 11-də fövqəladə vəziyyətin və qubernator idarəçiliyinin tətbiq edilməsindən sonra müxalifət partiyaları arasında koordinasiyanın gücləndiyi müşahidə olunur. Bu addım Fəzl tərəfindən də tənqid edilib.
Digər tərəfdən, oktyabrın ortalarından etibarən JUI-F lideri ilə federal hökumət arasında gərginlik artıb. Fəzl mərkəzi hökuməti, onun hakim "Pakistan Müsəlman Liqası-Navaz" (PML-N) partiyası ilə PTI arasında vasitəçilik səylərinə baxmayaraq, üzərinə götürdüyü öhdəliklərdən imtina etməkdə günahlandırır.
vəkil Lətif Xosa, partiya sədri Vəkil Gövhər Əli Xanın rəhbərlik etdiyi PTI-nin (Pakistan Ədalət Hərəkatı) əsas komitəsinin iclasında, İmranın yeni əyalətlərin yaradılması ilə bağlı müzakirələrə dair göstərişləri barədə məlumat verdi.
Komitəyə bildirildi ki, İmran yeni əyalətlərin yaradılması məsələsinin "PTI-nin parlament fraksiyasının qarşıdan gələn iclasında ətraflı müzakirə olunması" barədə tapşırıq verib.
Bəyanatda qeyd olunur ki, bu müzakirələrdən sonra hazırlanacaq tövsiyələr qərar qəbul edilməsi üçün İmrana təqdim olunacaq.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 14:46


























