mobil versiya

Cari ilin 10 ayında bank sektorunun aktivləri 65 milyard manatı keçib



Artıq yaxşı bir ənənəyə çevrilmiş Beynəlxalq Bankçılıq Forumu bizlərə hər il bank sektorunun ən aktual mövzularını müzakirə etmək üçün səmərəli platforma təqdim edir. Bu platforma tənzimləyici qurumların, bank sektorunun və fintex sahəsinin nümayəndələrinə açıq dialoq, konstruktiv fikir mübadiləsi və babsıl təcrübələri paylaşmaq üçün faydalı imkanlar yaradır.

Bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin birinci müavini Əliyar Məmmədyarov "X Beynəlxalq Bankçılıq Forumu 2026”da deyib.
O bildirib ki, əvvəlki illərdə olduğu kimi builki forumun da mövzusu Mərkəzi Bankda hər bir üzərində işlədiyimiz strateji vəzifənin maksimum dəqiqliklə əks etdirir. Bu gün Azərbaycan bank sektoru öz inkişafının yeni mərhələsinə sağlam və dayanıqlı formada daxil olub. Üçillik strategiyamızı sağlam və güclü göstəricilərlə başa çatdırırıq.
Belə ki, cari ilin 10 ayında bank sektorunun aktivləri 14 faizdən çox artaraq 65 milyard manatı ötüb. Kredit portfelinin həcmi isə 14 faiz artaraq 34 milyard manatı üstələyib. İlin əvvəlindən bankların biznes kreditləri 17 faiz artaraq 19 milyard manata yaxınlaşıb. (Azərtac)

Reportyor.az 




KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 09:54