mobil versiya

Danimarka 2027-ci ildə məktəblərdə mobil telefonların qadağan edilməsini təklif edəcək





Danimarka Təhsil Nazirliyi bazar ertəsi bildirib ki, ölkə 2027-ci ildə başlayacaq yeni tədris ilindən etibarən ibtidai və orta məktəblərdə mobil telefonların qadağan edilməsini, həmçinin məktəb şəbəkələrində məzmun filtrlərinin tətbiq olunmasını təklif edəcək.

Niderland, Cənubi Koreya və İtaliya kimi ölkələr diqqətin cəmlənməsinə və davranışa mənfi təsirləri ilə bağlı narahatlıqlar səbəbindən məktəblərdə smartfonlardan istifadəni qadağan ediblər; Polşa və Çexiya da iyun ayında oxşar qadağa təklifi irəli sürüblər.

Təhsil naziri Maqnus Hoynike verdiyi açıqlamada bildirib: "Uşaqlar sosial media, onlayn alış-veriş və oyunlar kimi diqqəti yayındıran amillərin daimi təsiri altında qalmadan məktəbə gedə bilməlidirlər".

Qadağa internet çıxışı olan digər fərdi elektron cihazları da əhatə edir. Dərs vaxtı təhsil və ya pedaqoji məqsəd daşımayan veb-saytların, o cümlədən sosial media, oyun və alış-veriş saytlarının bloklanması üçün məzmun filtrləri tətbiq olunacaq.

Hansı veb-saytların bloklanacağına dair qərarı hər bir bələdiyyə və məktəb özü verəcək.

Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 15:41