Valeh Ələsgərov: Ələt Azad İqtisadi Zonasında hava limanının tikintisi gələn il yekunlaşacaq

Ələt Azad İqtisadi Zonasında hava limanının tikintisi gələn ilin ortasınadək yekunlaşacaq.
Bunu Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov Azərbaycan-İtaliya biznes forumu çərçivəsində keçirilən “Strateji və etibarlı tərəfdaşlar arasında iqtisadi əməkdaşlıq və investisiyaların yeni dövrü” mövzusunda plenar sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, yerli yükdaşıma şirkəti olan "Silk Way Airlines" ilə Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanının və onun ətrafında müvafiq logistika infrastrukturunun yaradılması barədə razılıq əldə olunub.
“Bu layihə üçün iqtisadi zonanın səlahiyyətli qurumu 750 hektar ərazi ayırıb. Hava limanının tikintisi 2027-ci ilin ortasından gec olmayaraq bitəcək və gələn il beynəlxalq daşımalar üçün açıq olacaq. İlkin mərhələdə bu hava limanının yükdaşıma qabiliyyəti illik 500 min ton olacaq. Bu göstəricinin 2 milyon tona çatdırılması planlaşdırılır. İnfrastruktur inkişafının birinci mərhələsi çərçivəsində Ələt Azad İqtisadi Zonasında 60 hektar ərazidə işlər 2023-cü ilin iyununda bitib. Bu tarixdən başlayaraq biz Ələt Azad İqtisadi Zonasına investorların cəlb edilməsinin üzərində çalışırıq”, - deyə Valeh Ələsgərov qeyd edib. (Azərtac)
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 11:53


























