mobil versiya

Tacikistanın turizm potensialı Azərbaycanda təqdim olunub



Şuşa şəhərində “Shusha – ECO Tourism Capital 2026” proqramının bağlanış mərasimi çərçivəsində Tacikistan Respublikasının milli turizm pavilyonunun təqdimatı keçirilib.

Tədbirdə Tacikistan Milli Turizm Assosiasiyasının (NATT), Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin və Tacikistanın yerli turizm şirkətlərinin nümayəndələri iştirak ediblər. Pavilyonda ölkənin turistik məkanları, təbii və mədəni-tarixi irsi, eləcə də turizm potensialı nümayiş etdirilib.

Bu tədbirlərin davamı olaraq, noyabrın 20-də Bakıda Azərbaycan Turizm Bürosunun (Azerbaijan Tourism Board) təşkilatçılığı ilə Tacikistan, Qırğızıstan və Türkmənistanın turizm sənayesi nümayəndələrinin tanışlıq səfəri çərçivəsində B2B formatlı vorkşop keçirilib.


Vorkşop çərçivəsində Tacikistanın beş turizm şirkətinin nümayəndələri azərbaycanlı həmkarları ilə ikitərəfli görüşlər keçiriblər. Görüşlər zamanı əməkdaşlığın inkişaf perspektivləri, qarşılıqlı turist səfərlərinin təşkili, turizm marşrutlarının təşviqi və yeni işgüzar əlaqələrin qurulması məsələləri müzakirə olunub.

Reportyor.az 



KARUSEL / ÖLKƏ
Tarix: Bu gün, 18:01