Lif çatışmazlığı zamanı bağırsaqlarda yaranan fəlakət: nə baş verir?

Bu il "Proceedings of the National Academy of Sciences" (PNAS) jurnalında dərc olunan başqa bir tədqiqatda liflərin və həzm olunmayan bəzi bitki mənşəli zülalların, bağırsaq bakteriyaları tərəfindən istehsal olunan maddələrə necə təsir etdiyi araşdırılıb. Tədqiqat Prinston Universitetinin bir qrup alimi tərəfindən aparılıb.
Yoğun bağırsağa çatan zülallar
Tədqiqatçılar araşdırdıqları, həzm olunmayan zülalları "Prif" adlandırıblar. Bu zülallar nazik bağırsaqdan tam həzm olunmadan keçərək yoğun bağırsağa çatır və burada bakteriyalar tərəfindən qida mənbəyi kimi istifadə oluna bilir.
Eksperimentlər göstərib ki, liflərlə birlikdə fəaliyyət göstərən bu zülallar, bakterial metabolizm məhsullarının dəyişməsinə səbəb olur. Fenilalanin amin turşusundan əmələ gələn bəzi fenol birləşmələrinin istehsalı artıb; bu birləşmələr isə daha yaxşı sağlamlıq göstəriciləri ilə əlaqələndirilir. Tirozin əsaslı bəzi birləşmələrin – o cümlədən fenil-sulfat və p-krezol-sulfatın – istehsalı isə azalıb.
Əldə edilən nəticələr bitki mənşəli qida komponentlərinin bağırsaq bakteriyalarının fəaliyyətinə təsirini izah etməyə kömək edir. Bu dəyişikliklərin insan sağlamlığına necə təsir etdiyini müəyyən etmək üçün əlavə tədqiqatlara ehtiyac var.
Bəzi birləşmələr orqanizm tərəfindən də istehsal olunur
İyun ayında "Nature Metabolism" jurnalında dərc olunan başqa bir araşdırmada, Əbu Salem və Rabinoviçin də daxil olduğu bir qrup tədqiqatçı, məməli hüceyrələrinin əvvəllər əsasən bağırsaq bakteriyalarından qaynaqlandığı düşünülən bəzi birləşmələri istehsal edə bildiyini aşkar ediblər.
Tədqiqatçılar öz təcrübələrində bu birləşmələrin yaranma yollarını izləmək üçün xüsusi üsullardan istifadə ediblər. Nəticələr göstərib ki, indol-3-laktat və indol-3-asetat kimi bəzi indol birləşmələri, bağırsaq bakteriyalarının iştirakı olmadan da əmələ gələ bilir.
Reportyor.az
SAĞLAMLIQ / KARUSEL
Tarix: Bu gün, 10:13


























