Məleykə Abbaszadə DİM sədri vəzifəsindən azad edilib, BDU-ya rektor təyin olunub

Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.
Dövlət başçısının imzaladığı digər sərəncamla Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilib.
Reportyor.az
MANŞET / KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 10:15


























